Bank Of Baku

Baş nazir Artur Rəsizadə sabah Dağıstana səfər edəcək

Baş nazir Artur Rəsizadə sabah Dağıstana səfər edəcək
# 06 iyun 2007 09:16 (UTC +04:00)
Sabah Dağıstanda Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Əziz Əliyevin anadan olmasının 110 illiyinə həsr edilmiş tədbirlər keçiriləcək. Dağıstan Prezident Aparatı və Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-nın Dağıstan bürosuna verilən məlumata görə, Mahaçqalada keçiriləcək tədbirlərə Azərbaycanın baş naziri Artur Rəsizadə, tanınmış ziyalılar və din xadimləri də qatılacaqlar. Həmin gün Kaspiysk şəhərinin tibb məktəbində və Əziz Əliyevin Mahaçqalada yaşadığı binanın qarşısında xatirə lövhələrinin təntənəli açılış mərasimləri keçiriləcək. Tədbirlərə Azərbaycan nümayəndə heyəti ilə yanaşı Dağıstanın hökumət və parlament rəhbərləri də qatılacaqlar. Görkəmli ictimai-siyasi xadim Əziz Əliyevin doğum gününə həsr edilmiş mərasimlər Mahaçqalada təntənəli bayram yığıncağı və konsert ilə yekunlaşacaq. Mətbuat xidmətindən verilən məlumata görə, tədbirlə əlaqədar Mahaçqalaya gedəcək baş naziri Artur Rəsizadənin rəhbərlik etdiyi nümayəndə heyətini Dağıstan prezidenti Muxu Əliyev də qəbul edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR