Bank Of Baku

Tiflisdə Cənubi Qafqaz və Moldovanın NATO-ya inteqrasiyası mövzusunda konfrans başlayıb

Tiflisdə Cənubi Qafqaz və Moldovanın NATO-ya inteqrasiyası mövzusunda konfrans başlayıb
# 06 iyun 2007 10:12 (UTC +04:00)
Bu gün Tiflisdə Cənubi Qafqaz və Moldovanın NATO-ya inteqrasiyası mövzusunda üç günlük konfrans başlayıb. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, konfransda Cənubi Qafqaz, Moldova və NATO ölkələrindən 60 nümayəndə iştirak edir. Toplantıda məqsəd Fərdi Tərəfdaşlığın Fəaliyyət Planının (İPAP) yerinə yetirilməsində Cənubi Qafqaz ölkələri və Moldovaya lazım olan köməyin xarakteri və növünü müəyyən etməkdir. Gürcüstan, Azərbaycan, Ermənistan və Moldova konfrans çərçivəsində bununla bağlı təqdimat keçirərək nələrə ehtiyac duyduqlarını açıqlayacaqlar. Konfransın gedişində bu ölkələrə ehtiyac duyduqları məsələlərdə fərdi kömək təklif olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR