Bank Of Baku

ATƏT-in fəaliyyətdə olan sədrinin bir neçə müxalifət partiyasının lideri ilə görüşməsi narazılığa səbəb olub

ATƏT-in fəaliyyətdə olan sədrinin bir neçə müxalifət partiyasının lideri ilə görüşməsi narazılığa səbəb olub
# 06 iyun 2007 10:33 (UTC +04:00)
ATƏT-in fəaliyyətdə olan sədri Migel Anhel Moratinosun Bakıya səfəri zamanı bir neçə müxalifət partiyasının lideri ilə görüş keçirməsi, digərlərinin isə görüşə dəvət edilməməsi narazılıq yaradıb. Böyük Quruluş Partiyasının (BQP) sədri, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Fazil Qəzənfəroğlu APA-ya açıqlamasında bunun qərəzli mövqe olduğunu bildirib. O, ATƏT PA-nın növbəti sessiyasında bu ayrı-seçkiliklə bağlı qurum rəhbərliyinə məlumat verəcəyini deyib. Deputat ATƏT-in Bakı ofisinin fəaliyyətinin yarıtmaz olduğunu söyləyib: “Bu ofis korrupsiyalaşmış və maddi maraqlara xidmət edən qurum kimi tanınır. Siyasi partiyalar, QHT-lər və hüquq müdafiəçiləri ilə münasibətlər ticarət meyarları üzərində qurulub. ATƏT sədri ilə müxalifət partiyaları rəhbərlərinin görüşü də bu prinsipə uyğun təşkil edilib”.
Görüşə dəvət olunmayan Açıq Cəmiyyət Partiyasının sədri Akif Şahbazov isə bunun partiyanın dövlət qeydiyyatına alınmaması ilə bağlı olduğunu düşünür: “ATƏT sədri ilə görüş proqramı uzun müddət əvvəl hazırlanıb. ACP isə yeni yaranmış partiyadır. Mən başqa səbəb görmürəm”.
Görüşdən kənarda qalan ADP isə bunun səbəbləri ilə maraqlanmaq üçün ATƏT-in Bakı ofisinə müraciət edəcək. Partiya sədrinin müavini Taliyət Əliyev bildirib ki, belə hal dəfələrlə təkrarlanıb: “Hər dəfə də bunu texniki səbəblərlə izah ediblər. Biz Bakı ofisinin mövqeyini öyrəndikdən sonra bu məsələyə öz münasibətimizi açıqlayacağıq”. ATƏT-in Bakı ofisindən isə məsələyə münasibət bildirmək istəməyiblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR