Bank Of Baku

Mübariz Əhmədoğlu: “ABŞ-da prezident seçkiləri yaxınlaşdığından İranla bağlı məsələnin iki-üç aya bitəcəyi gözlənilir”

Mübariz Əhmədoğlu: “ABŞ-da prezident seçkiləri yaxınlaşdığından İranla bağlı məsələnin iki-üç aya bitəcəyi gözlənilir”
# 06 iyun 2007 10:49 (UTC +04:00)
Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri Mübariz Əhmədoğlu 2007-ci ilin mayında beynəlxalq və regional ictimai-siyasi proseslərin yekunlarına dair mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, M. Əhmədoğlu Rusiya ilə ABŞ arasındakı gərginliyin yaxın vaxtlarda bitməyəcəyini deyib. Onun sözlərinə görə, ABŞ dövlət katibi Kondoliza Raysın Moskvaya səfəri də münasibətlərdə istiləşmə yaratmayıb. Politoloq İranın regiondakı siyasətini də pisləyib: “ABŞ-da prezident seçkiləri yaxınlaşdığından İranla bağlı məsələnin iki-üç aya bitəcəyi gözlənilir”. O, Rusiya prezidenti Vladimir Putinin Mərkəzi Asiya ölkələrinə səfərinin uğurla yekunlaşdığını söyləyib. M. Əhmədoğlunun fikrincə, Rusiya bu bölgədən istədiyini ala bilib. BMT-nin yaydığı məlumata əsasən Ermənistan əhalisinin yarısının yoxsulluq həddində yaşadığını diqqətə çatdıran politoloq parlament seçkilərində uğur qazanan Serj Sarkisyanın ölkə daxilində müharibə partiyasının lideri kimi qəbul olunduğunu bildirib: “Ermənistanın keçmiş baş naziri, Milli Demokrat İttifaqının sədri Vazgen Manukyan bildirib ki, Sarkisyana səs verənlər müharibəyə səs verənlərdir. Çünki bu şəxs İlham Əliyev və Mixail Saakaşvili ilə danışıq apara bilməyəcək. Onların hər ikisi nüfuzlu universitetlərdə oxuyublar. Sarkisyan isə güclə filologiya fakültəsinin qiyabi şöbəsini bitirib”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR