Bank Of Baku

Almaniyada müalicəsini başa vuran millət vəkili Hüseyn Abdullayev Azərbaycana qayıdıb

Almaniyada müalicəsini başa vuran millət vəkili Hüseyn Abdullayev Azərbaycana qayıdıb
# 06 iyun 2007 10:53 (UTC +04:00)
Həbsdə olduğum müddətdə mənə və ailəmə dəstək olan bütün Azərbaycan xalqına, seçicilərimə, ziyalılara, incəsənət xadimlərinə, Bakıda və xaricdə təhsil alan tələbələrə və canım qədər sevdiyim sadə zəhmətkeş insanlara öz dərin minnətdarlığımı bildiirb, qarşılarında baş əyirəm. Eyni zamanda qeyd etməliyəm ki, bəzi Kütləvi İnformasiya Vasitələrində əvvəlcədən uydurulmuş məlumatlar yayılıb. Guya məni Azərbaycandan getməyə məcbur ediblər, hazırda başqa bir ölkədə gizlənirəm və s. Bəyan edirəm ki, bu cür uydurulmuş yalan və böhtanlar həqiqətə uyğun deyil. Mən heç bir yerə qaçmamışam və qaçmaq fikrində deyiləm. Çünki buna heç bir əsas yoxdur və ola bilməz. Bütün bunlarla yanaşı qeyd edirəm ki, heç nəyə baxmayaraq, mən hər zaman ümummilli liderimiz Heydər Əliyev və onun davamçısı olan İlham Əliyev kursunun sadiq tərəfdarı olmuşam və belə də qalıram”. /APA/








1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR