Bank Of Baku

“Amnesty İnternational” İranda həbs edilmiş azərbaycanlı hüquq müdafiəçisi Hüseyn Fərhudinin vəziyyətindən narahatdır

“Amnesty İnternational” İranda həbs edilmiş azərbaycanlı hüquq müdafiəçisi Hüseyn Fərhudinin vəziyyətindən narahatdır
# 06 iyun 2007 11:15 (UTC +04:00)
İranda Türkiyəyə casusluqda ittiham olunaraq həbs edilmiş azərbaycanlı hüquq müdafiəçisi Hüseyn Fərhudi edam edilə bilər. Güney Azərbaycan Milli Azadlıq Hərəkatına Dəstək Komitəsinin üzvü Sirus Azadinin APA-ya verdiyi məlumata görə, beynəlxalq hüquq-müdafiə təşkilatı “Amnesty İnternational” həbsdə saxlanan H. Fərhudi barədə bəyanatla çıxış edib. Bəyanatda H. Fərhudiyə verilmiş edam cəzasından narahatlıq bildirilir və onun ailə üzvləri ilə görüşünə imkan verilmədiyi vurğulanır. Təşkilat H. Fərhudinin bibisi oğlu İrəc Nacinin vəziyyətindən də narahatlığını ifadə edib. 2006-cı ilin may ayında Xoy əhalisini etiraz aksiyalarına çağırdığı üçün həbs edilən İ. Naci ötən ilin oktyabrından bəri Urmiyanın ETTELAAT zindanında təkadamlıq kamerada saxlanılaraq işgəncələrə məruz qalıb. “Amnesty İnternational” hər iki məhbusun dərhal azadlığa buraxılmasını tələb edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR