Bank Of Baku

“Azadlıq” bloku prezident seçkilərinə hazırlığa payızda start verəcək

“Azadlıq” bloku prezident seçkilərinə hazırlığa payızda start verəcək
# 06 iyun 2007 11:23 (UTC +04:00)
“Azadlıq” bloku 2008-ci ildə keçiriləcək prezident seçkilərinə hazırlığa bu ilin payızında start verəcək. Bu barədə APA-ya blokun həmsədri, AXCP sədri Əli Kərimli məlumat verib. Onun sözlərinə görə, hazırda bloka daxil olan partiyaların ikisi - AXCP və ALP növbəti qurultaya hazırlaşır. Qurultay hazırlığının yerli təşkilatları möhkəmləndirdiyini bildirən partiya sədri bunu da seçkilərə hazırlıq kimi qiymətləndirir: “Amma yəqin ki, daha məqsədyönlü, birbaşa seçkilərə ünvanlanmış hazırlıqlar payız aylarında, seçkilərə təxminən bir il qalmış start götürəcək. Ondan sonra qrafikə uyğun olaraq hazırlıq kampaniyasına başlayacaq”. Ə. Kərimli seçkilərə hazırlığın əsas hissəsindən birinin də Seçki Məcəlləsinin dəyişdirilməsi olduğunu deyib. O, blokun bu barədə təkliflərini Venesiya Komissiyasına təqdim etdiyini xatırladıb: “Onlar bizim sənədləri diqqətlə nəzərdən keçirdiklərini, müzakirələr zamanı müəyyən mərhələdə müxalifətin də bu prosesdə iştirak edəcəyini bildiriblər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR