Bank Of Baku

Rusiya ABŞ-a Qəbələ RLS-dən birgə istifadə etməyi təklif edib

Rusiya ABŞ-a Qəbələ RLS-dən birgə istifadə etməyi təklif edib
# 07 iyun 2007 17:29 (UTC +04:00)
APA-nın xəbərinə görə, Rusiya prezidenti bunu bu gün “Böyük səkkizlər”in Almaniyanın Hayligendamm şəhərində keçirilən sammiti çərçivəsində ABŞ prezidenti ilə görüşündən sonra jurnalistlərə açıqlamasında bildirib. Görüşdə ABŞ-ın Avropada qurmağa hazırlaşdığı raket hücumundan müdafiə sistemi müzakirə olunub.
V. Putin Rusiya və ABŞ-ın ümumi təhdid anlayışına sahib olduqlarını, ancaq bu təhdidləri hansı yollar və vasitələrlə neytrallaşdırmaq məsələsində fikir ayrılıqları yaşandığını söyləyib: “Biz ABŞ-ın təkliflərini diqqətlə nəzərdən keçirdik. Bizim də öz ideyalarımız var və mən həmin ideyalar haqqında Amerika prezidentinə ətraflı məlumat verdim. Birincisi odur ki, Azərbaycanda icarəyə götürdüyümüz RLS-dən birgə istifadə edə bilərik. Mən dünən bu barədə Azərbaycan prezidenti ilə danışdım və mövcud müqavilə bizə bu addımı atmağa imkan verir”. V. Putin bu məsələnin tezliklə mütəxəssislər səviyyəsində müzakirə olunması üçün C. Buşla razılığa gəldiklərini deyib: “Belə olsa, bizim zərbə komplekslərimizi bilavasitə Avropanın sərhədlərində yerləşdirməyimizə ehtiyac qalmayacaq”. Corc Buş da jurnalistlərə açıqlamasında bildirib ki, ABŞ və Rusiya raket hücumundan müdafiə problemi üzrə hərbi mütəxəssislər və diplomatların iştirakı ilə strateji dialoqa başlamaq qərarına gəlib: “Bizim çox konstruktiv dialoqumuz oldu. Vladimir Putin maraqlı təklif irəli sürdü və nəticədə biz strateji dialoq keçirməyə qərar verdik”.
Qeyd edək ki, 1985-ci ildən Qəbələ rayonun Zarağan kəndi ərazisində fəaliyyət göstərən RLS-in funksiyası cənub yarımkürəsində qitələrarası ballistik raketlərin müşahidə etməkdir. Stansiya İran, Türkiyə, Çin, Pakistan, Hindistan, İraq, Avstraliya, həmçinin Afrika ölkələrinin əksəriyyətinə, Hind adalarına və atlantik okeana nəzarət edir. Rusiya ilə Azərbaycan arasında 2002-ci ilin yanvarında imzalanmış müqaviləyə əsasən Qəbələ RLS ( Darial RLS) analitik-informasiya mərkəzi statusunu alıb. Azərbaycanın mülkiyyəti olan mərkəz hər ili 7 milyon dollar olmaqla, 10 il müddətinə Rusiyaya icarəyə verilib./APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR