Bank Of Baku

Elmar Məmmədyarov: “Azərbaycan Qəbələ RLS-in ABŞ tərəfindən də istifadə olunmasına dair danışıqlara hazırdır”

Elmar Məmmədyarov: “Azərbaycan Qəbələ RLS-in ABŞ tərəfindən də istifadə olunmasına dair danışıqlara hazırdır”
# 08 iyun 2007 13:49 (UTC +04:00)
Onun sözlərinə görə, bu yaxınlarda Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda səfərdə olarkən sözügedən məsələyə toxunulub: “Danışıqlar zamanı bildirilmişdi ki, Qəbələ RLS Rusiyaya icarəyə verilsə də, bu obyekt Azərbaycanın mülkiyyəti olduğundan rəsmi Bakının iradəsindən kənar danışıq aparıla bilməz. Hazırda Rusiya Azərbaycana müraciət edib ki, bu məsələyə baxılsın. Azərbaycan isə ikitərəfli və üçtərəfli formatda bu məsələnin müzakirəsinə hazırdır”. Nazir bu cür əməkdaşlığın Azərbaycan-İran münasibətlərində problem yaradacağına inanmadığını da qeyd edib: “Azərbaycanın siyasəti belə qurulub ki, ilk növbədə, milli maraqlar qorunmalıdır”. /APA/














1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR