Bank Of Baku

Fövqəladə Hallar Nazirliyi ilk kollegiya iclasını keçirib

Fövqəladə Hallar Nazirliyi ilk kollegiya iclasını keçirib
# 08 iyun 2007 13:57 (UTC +04:00)
Yaxın vaxtlarda Avstriya və Koreyanın müvafiq qurumları ilə qarşılıqlı əməkdaşlığa dair sazişlərin imzalanması nəzərdə tutulur. Ötən dövrdə Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları, Dövlət Yanğın Mühafizə Xidmətinin işinin yüksək səviyyədə qurulması üçün müvafiq işlər görülüb. Nazirliyin embleminin və bayrağının təsdiq olunması üçün lazımi sənədlər hazırlanaraq, Prezident Aparatına təqdim edilib. Nazirliyin əməkdaşlarının xidməti maaşları artırılıb, işçilərin sosial təminatının yaxşılaşdırılması istiqamətində işlər davam edir. Hesabat dövründə 30 BMW markalı motosiklet, 2 təcili yardım maşını, 53 “Kamaz” markalı yanğınsöndürən maşın, 10 “VAZ” markalı avtomobil, Türkiyədən 12 avtobus, Belarusdan müxtəlif təyinatlı texnikalar, 2 ədəd xüsusi təyinatlı “Hammer” markalı maşın, 8 ədəd kiçik həcmli qayıq alınıb. Rusiyadan 2 vertolyot və 4 iri kater, Finlandiyadan isə 2 hündürlük nərdivanının və s. alınması üçün sifarişlər verilib və ilkin ödənişlər aparılıb.
K. Heydərov nazirliyin əməliyyat-istintaq idarəsi tərəfindən ötən dövrdə 5 cinayət işinin istintaqının aparıldığını və nəticələrin müvafiq qurumlara təqdim olunduğunu bildirib. Onun sözlərinə görə, ötən dövrdə idarə 779 858 manat dəyərində ziyanın ödənilməsini təmin edib.
Sularda xilasetmə məqsədi ilə 40 ədəd modul məntəqə alınıb və hazırda onların sahil çimərliklərində quraşdırılması davam edir. Ötən il dənizdə boğulma təhlükəsi ilə üzləşmiş 362 nəfərin həyatı xilas edilib. Buna baxmayaraq, dövlət çimərliklərində 6, özəl çimərliklərdə isə 11 nəfər boğulub.
Tikintidə 1273 layihə sənədləri nəzərdən keçirilib, Bakı şəhəri üzrə 550 obyektin tikinti sənədlərindəki nöqsanlar aradan qaldırılıb. 68 mindən artıq obyektə yanğın təhlükəsizliyi qaydalarına riayət olunması məqsədi ilə baxış keçirilib. Nazir bu il Qəbələ və Ağdam rayonlarında FHN-nin regional mərkəzlərinin istifasdəyə veriləcəyini deyib.
Nazirin müavini Etibar Mirzəyev isə çıxışında bildirib ki, ötən il ölkədə 2818 yanğın hadisəsi baş verib. Bunun nəticəsində 19 nəfər həlak olub. Bu ilin birinci rübündə isə 1035 yanğın hadisəsi qeydə alınıb və nəticədə 26 nəfər dünyasını dəyişib. E.Mirzəyev bu il yanğınsöndürmə briqadaları üçün 53 ədəd “Kamaz” markalı yanğınsöndürmə maşını, Fransanın istehsalı olan 1 ədəd avtoçən və avtonərdivan, Almaniyanın “Zigler” firmasının istehsalı olan 84, Fransanın “Camila” firmasının istehsalı olan 88 ədəd müxtəlif texnikanın ölkəyə gətiriləcəyini bildirib. Bundan başqa, yanğınsöndürənlər üçün bir sıra avadanlıqlar sifariş verilib. E. Mirzəyev FHN tərəfindən ötən dövrdə 30 mindən artıq yanğın təhlükəsizliyi tədbirlərinin keçirildiyini vurğulayıb. Həmçinin işlərində yol verdikləri nöqsanlara görə, bir sıra rayonların yanğın təhlükəsizliyi idarələrinin rəhbərlərinin və əməkdaşlarının tutduqları vəzifələrdən azad edildiklərini və cəzalandırıldıqlarını qeyd edib./APA/








1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR