Bank Of Baku

Bəhreynin xarici işlər naziri: “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdarıq”

Bəhreynin xarici işlər naziri: “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdarıq”
# 08 iyun 2007 13:53 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov danışıqlar zamanı əsas diqqətin iki ölkə arasında iqtisadi və humanitar sahədə əməkdaşlığın genişləndirilməsinə ayrıldığını deyib. Onun sözlərinə görə, hər iki ölkənin ekspertləri ikiqat vergiqoymanın qarşısının alınması, qarşılıqlı investisiya qoyuluşu, Azərbaycanla Bəhreyn arasında hava əlaqəsinin qurulması, mədəniyyət günlərinin keçirilməsi sahəsində sazişlər üzərində işi davam etdirəcəklər. Bəhreynin Fars Körfəzində ən böyük maliyyə mərkəzi olduğunu bildirən Şeyx Xalid bin Əhməd bin Əl-Xəlifə ölkədə Azərbaycandan bir bankın filialının açılmasını təklif edib. Nazirlər Azərbaycanın Bəhreyndə, Bəhreynin isə Azərbaycanda mədəniyyət günlərinin keçirilməsi haqqında razılığa gəliblər. Bəhreynin xarici işlər naziri “Leyli və Məcnun” operasının truppasını ölkəsinə qastrol səfərinə dəvət edib. Bakıda ikinci dəfə olduğunu deyən Şeyx Xalid bin Əhməd bin Əl-Xəlifə bundan əvvəl paytaxtımıza İslam Konfransı Təşkilatının Xarici İşlər Nazirləri Şurasının konfransında iştirak etmək üçün gəldiyini deyib. Elmar Məmmədyarovla keçirdiyi danışıqları çox səmərəli adlandıran şeyx iki ölkənin iş adamları şurasının yaradılması təklifi ilə çıxış edib. Onun sözlərinə görə, danışıqlar zamanı tərəflər Azərbaycan-Bəhreyn Sənaye-Ticarət Palatasının yaradılması, qarşılıqlı səfərlər edilməsi barədə razılığa gəliblər. Ölkələrimizin beynəlxalq səviyyədə bir çox məsələlərdə mövqelərinin üst-üstə düşdüyünü deyən şeyx Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəklədiyini, bu münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu bəyan edib. Nazir bildirib ki, Bəhreyn heç bir zaman bir dövlətin digər dövlətin ərazisini işğal etməsini dəstəkləməyib və etnik təmizləmə siyasətini pisləyir.
Jurnalistlərin suallarının cavablandıran Bəhreynin xarici işlər naziri azərbaycanlı həmkarı ilə danışıqlarda İranın nüvə problemi ətrafında müzakirələr aparıldığını deyib: “Həm Bəhreyn, həm də Azərbaycan hesab edir ki, bu məsələ ətrafında yaranmış problem hərb yolu ilə həll oluna bilməz, çünki müharibə Cənubi Qafqaz regionuna mənfi təsir edə bilər”. Azərbaycanın İsrail-Fələstin münaqişəsinə dair mövqeyinə münasibət bildirən şeyx bu mövqeyin ədalətli olduğunu, Azərbaycanın bu məsələdə ərəb dünyasını dəstəklədiyini deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR