Bank Of Baku

Kəmaləddin Heydərov: “Haqqımda məkrli yazı yazanları məhkəməyə verməyə ehtiyac görmürəm”

Kəmaləddin Heydərov: “Haqqımda məkrli yazı yazanları   məhkəməyə verməyə ehtiyac görmürəm”
# 08 iyun 2007 13:59 (UTC +04:00)
Nazir bildirib ki, əgər həmin qəzetləri məhkəməyə versə, onlar uduzacaqlar: “Bir vaxtlar məkrli yazı yazanların öz səhvlərini anlayacaqlarına inanıram. Buna görə də onları məhkəməyə verməyə ehtiyac görmürəm. Ən böyük hakim zamanın özüdür. Mənim fövqəladə hallar naziri kimi xahişim odur ki, mətbuat Azərbaycanda texnogen, təbii fəlakətlərlə bağlı təşəbbüslərimizi əhali arasında yaymaqda bizə kömək etsin”.
K. Heydərovun sözlərinə görə, Azərbaycanın iqtisadi inkişafı ilə razılaşa bilməyən bəzi qüvvələr ölkəni gözdən salmağa, hər şeydə bir mənfilik axtarmağa çalışırlar: “Bunların hamısı daxildə yetişmiş məsələlər deyil. Xaricdən, başqa orqanlardan onlara sifarişli yazılar sifariş verilir. Bunu yazıb-yazmamaq onların öz vicdanlarına qalır. Əgər belə yazdıqlarına görə, qəzetləri alınırsa, iqtisadi xeyir gətirirsə, buyursunlar. Əgər bunun arxasında Azərbaycana zərbə vurmaq niyyəti dayanırsa, bunu onların öz vicdanlarının ixtiyarına buraxıram”.
Jurnalistlərin “ Sizin medianı tez-tez məhkəməyə verən məmurlara tövsiyyəniz nədir” sualına cavabında K. Heydərov “bu, hər kəsin şəxsi məsələsidir” deyə, bildirib. /APA/














1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR