Bank Of Baku

Araz Əzimov: “Yuri Merzlyakov öz səlahiyyətlərini aşıb, prezidentlərin görüşündən öncə belə məsuliyyətsiz bəyanat verilməsi provokasiyadır”

Araz Əzimov: “Yuri Merzlyakov öz səlahiyyətlərini aşıb, prezidentlərin görüşündən öncə belə məsuliyyətsiz bəyanat verilməsi provokasiyadır”
# 08 iyun 2007 12:02 (UTC +04:00)
APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə xarici işlər nazirinin müavini Araz Əzimov verib. Azərbaycanın bu bəyanata qəti etiraz etdiyini deyən XİN rəsmisi Yuri Merzlyakovun mövqeyinin Rusiyanın rəsmi mövqeyi ilə üst-üstə düşmədiyini vurğulayıb: “Yuri Merzlakovun bu bəyanatı həm beynəlxalq hüquq norma və prinsiplərinə, həm də münaqişənin tənzimlənməsində vasitəçi funksiyasını yerinə yetirən Rusiyanın rəsmi mövqeyinə ziddir. Rusiya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı rəsmi mövqeyini dəfələrlə yüksək səviyyədə bildirib və bəyan edib ki, Moskvanın bu məsələdə mövqeyi Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tanınmasından ibarətdir”. Qeyd edək ki, Ermənistan mediası Yuri Merzlyakovun İrəvanda olarkən “Rusiya Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır, ancaq bu o demək deyil ki, onu Azərbaycan bir hissəsi kimi tanıyır” bəyanatı ilə çıxış etdiyi barədə məlumatlar yayıb. Araz Əzimov bu bəyənatın ciddi şəkildə araşdırılacağını bildirib: “Bu, vasitəçi rolunun və funksiyalarının beynəlxalq hüquq normalarında uyğun və tanınmış anlayışına tam zidd və çərçivəyə sığmaz bir bəyanatdır. Azərbaycan bu bəyanatı rədd edir. Cənab Merzyakovun belə bir bəyanatı səsləndirdiyinə dair sübut əldə etsək, o zaman həmin şəxsin bilavasitə məsuliyyətə çağırılmasını tələb edəcəyik. Belə bir bəyanatın xüsusilə də prezidentlərin nəzərdə tutulan görüşündən öncə verilməsi təxribatdır. Biz bu bəyanatı provokasiya və məsuliyyətsiz bir addım kimi dəyərləndiririk”. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR