Bank Of Baku

Elmar Məmmədyarov: “Ermənistan status məsələsini önə çəkməklə, 3 il ərzində aparılmış danışıqları rədd etmiş olacaq”

Elmar Məmmədyarov: “Ermənistan status məsələsini önə çəkməklə, 3 il ərzində aparılmış danışıqları rədd etmiş olacaq”
# 08 iyun 2007 12:09 (UTC +04:00)
Dağlıq Qarabağın statusu məsələsinin ön plana çıxarılması 3 il ərzində aparılmış danışıqlardan imtina edilməsi deməkdir”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov verib. Prezidentlərin Sankt-Peterburq görüşündə əsas müzakirə mövzusunun Dağlıq Qarabağın statusu olacağı ilə bağlı Ermənistan mediasında səslənən fikirləri rədd edən XİN başçısı bildirib ki, bu yanaşma münaqişənin nizamlanmasına dair əsas prinsiplərə uyğun deyil: “Danışıqlarda ilk növbədə qoşunların işğal edilən Azərbaycan torpaqlarından çıxarılması, ərazidə sülhməramlı qüvvələrin yerləşdirilməsi, kommunikasiyaların bərpası və məcburi köçkünlərin öz yurdlarına qaytarılması məsələləri müzakirə olunur”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR