Bank Of Baku

Elmar Məmmədyarov: “Qəbələ radiolokasiya stansiyasının ABŞ-ın istifadəsinə verilməsi ilə bağlı həm Müdafiə Nazirliyi, həm də Xarici İşlər Nazirliyi öz sözünü deməlidir”

Elmar Məmmədyarov: “Qəbələ radiolokasiya stansiyasının ABŞ-ın istifadəsinə verilməsi ilə bağlı həm Müdafiə Nazirliyi, həm də Xarici İşlər Nazirliyi öz sözünü deməlidir”
# 08 iyun 2007 12:18 (UTC +04:00)
APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə xarici işlər naziri Elmar Məmmədyarov verib. O, ABŞ tərəfinin bu təklifi çox maraqla qarşıladığını bildirib: “Vladimir Putin Amerikaya Azərbaycanın razılığı ilə bu hərbi obyektdən birgə istifadəni təklif edib və Vaşinqton bu təklifi maraqla qarşılayıb. Lakin bu təklif üzərində ekspertlər, hərbçilər və diplomatlar işləməlidir. Bununla bağlı həm Müdafiə Nazirliyi, həm də Xarici İşlər Nazirliyi öz sözünü deməlidir”. Nazir Qəbələ PLS-in ABŞ-ın istifadəsinə verilməsinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına təsiri ilə bağlı sualı da cavablandırıb: “Mən bu iki hadisəni bir-birinə bağlamazdım. Hazırda yalnız təklif səslənib və bu təklifin necə həyata keçiriləcəyi məlum deyil. Qəbələ radiolokasiya stansiyasının həm də ABŞ-ın istifadəsinə verilməsi üçün texniki, siyasi, maliyyə, iqtisadi, ekoloji məsələlər öz həllini tapmalıdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR