Bank Of Baku

Açıq Cəmiyyət Partiyası müxalifət partiyaları ilə saziş imzalamağı təxirə salıb

Açıq Cəmiyyət Partiyası müxalifət partiyaları ilə saziş imzalamağı təxirə salıb
# 08 iyun 2007 12:48 (UTC +04:00)
Açıq Cəmiyyət Partiyasının (ACP) digər müxalifət partiyaları ilə saziş imzalaması yenə də təxirə salınıb. Partiya sədrinin müavini Yaqub Abbasovun APA-ya verdiyi məlumata görə, buna səbəb partiyanın növbəti foruma hazırlaşması ilə əlaqədar vaxt azlığıdır. İkitərəfli əməkdaşlıqla bağlı bir sıra partiyalarla sazişlərin imzalanması üçün razılığın əldə edildiyini bildirən Y. Abbasovun sözlərinə görə, yalnız nəzərdə tutulan sazişləri imzalamaq qalıb: “Bir sıra partiyalarla artıq saziş layihələri də razılaşdırılıb. Bu ayın sonuna kimi daha bir forumun keçirilməsi nəzərdə tutulur. Buna görə də biz sazişləri növbəti ayda imzalamağı düşünürük”. Qeyd edək ki, ACP rəhbərliyi bir müddət əvvəl ALP, AXCP, KXCP, Ədalət Partiyası və Böyük Quruluş Partiyası ilə ikitərəfli saziş imzalamaqla bağlı razılıq əldə edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR