Bank Of Baku

Ziyafət Əsgərov: “Samir Məmmədovun əsirlikdən qaytarılması ilə müvafiq dövlət komissiyası məşğul olur”

Ziyafət Əsgərov: “Samir Məmmədovun əsirlikdən qaytarılması ilə müvafiq dövlət komissiyası məşğul olur”
# 08 iyun 2007 12:52 (UTC +04:00)
“Əsirlərin geri qaytarılması ilə bağlı Azərbaycanda xüsusi dövlət komissiyası var. Həmin komissiya əsir və girovların qaytarılması ilə məşğul olur. Kənar şəxslərin bu komissiyanın işinə müdaxilə etməsi düzgün deyil. İndi hər adam bir söz deyəndə müxtəlif versiyalar yaranır ki, bu da əhali arasında çaşqınlıq yaradır”. Bu sözləri APA-ya eksklüziv açıqlamasında Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov Azərbaycan ordusunun Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülən əsgəri Samir Məmmədovun geri qaytarılması istiqamətində görülən işlərlə bağlı məsələyə münasibət açıqlayarkən deyib. Milli Məclis sədrinin birinci müavini qeyd edib ki, hazırda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası (DK) sözügedən məsələ ilə məşğul olur: “Məndə olan məlumata görə, dövlət komissiyası Samir Məmmədovla bağlı iş aparır. Bu istiqamətdə yüksək səviyyədə iş gedir. Nəticəsi barədə də məlumat veriləcək”. DK-dan isə APA-ya bildirilib ki, qurum məsələnin həlli ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib: “Bu məsələ komissiyanın diqqət mərkəzindədir”. Qeyd edək ki, Qazaxdakı “N” saylı hərbi hissədə xidmət edən kiçik çavuş S. Məmmədov hərbi xidmətə Bərdə rayon hərbi komissarlığından çağırılıb. O, dekabrın 24-də xidmət etdiyi hərbi hissədən 15 kilometr aralıda, neytral zonada Qazax-İcevan sərhədində əsir götürülüb. Hazırda S. Məmmədovun üçüncü ölkəyə getmək istəməsi barədə məlumatlar yayılıb. Ermənistanın əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun sədri Armen Kaprelyan ölkə mətbuatına açıqlamasında Ermənistanda əsirlərin üçüncü ölkəyə təhvil verilməsi təcrübəsinin olduğunu deyib. A. Kaprelyan 1998-1999-cu illərdə əsir götürülmüş 4 Azərbaycan vətəndaşının Norveçə göndərildiyini etiraf edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR