Bank Of Baku

ADP növbəti prezident seçkiləri ilə bağlı müxalifət partiyaları arasında danışıqlar aparılmasını təklif edir

ADP növbəti prezident seçkiləri ilə bağlı müxalifət partiyaları arasında danışıqlar aparılmasını təklif edir
# 08 iyun 2007 13:05 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyası (ADP) 2008-ci il prezident seçkiləri ilə bağlı indidən müxalifət partiyaları arasında danışıqlar aparılmasının tərəfdarıdır. Bunu APA-ya açıqlamasında partiya sədrinin birinci müavini Həsrət Rüstəmov bildirib. Onun sözlərinə görə, müxalifət partiyaları seçkilərin ikinci turunun olması üçün birgə səy göstərməlidir. Sədr müavini müxalifətdən bir neçə namizədin iştirak etməsi ilə seçkinin birinci turunda iqtidar namizədinin 50%-dən az səs toplamasına nail olmağı, seçkinin ikinci turunda isə birinci turda ən çox səs toplamış müxalifət namizədinin digər namizədlər tərəfindən dəstəklənməsinin təklif edir: “Bu məqsədlə indidən danışıqlar aparmaq və prezident seçkilərində iştirak etməyə iddialı olan müxalif namizədlərin ikinci turla bağlı müvafiq razılaşmasına dair müqavilə imzalamaq da mümkündür”. İndiyə qədər olan təcrübənin müxalifətin seçkilərdə vahid namizədlə iştirakının mümkünsüzlüyünü ortaya qoyduğunu deyən H. Rüstəmov hesab edir ki, yalnız ikinci tur hesabına vahid namizəd ortaya çıxarmaq mümkündür. Onun fikrincə, belə bir müqavilənin imzalanması seçkilərdə passiv mövqedə duran elektoratın böyük bir qismini fəallaşdıra bilər: “Bu ideyanın reallaşması üçün qanuni əsaslar da mövcuddur. Konstitusiyanın 101-ci maddəsi və hazırda qüvvədə olan seçki Məcəlləsinin 203.4 və 205-ci maddələri seçkinin iki turlu olmasının qanuni əsaslarını özündə əks etdirir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR