Bank Of Baku

GUAM-ın Bakı sammitində prioritet məsələ təşkilatın hüquqi bazasını gücləndirmək olacaq

GUAM-ın Bakı sammitində prioritet məsələ təşkilatın hüquqi bazasını gücləndirmək olacaq
# 08 iyun 2007 13:19 (UTC +04:00)
İyunun 18-19-da Bakıda keçiriləcək Demokratik və İqtisadi İnkişaf Uğrunda beynəlxalq təşkilatın (GUAM) ikinci sammitində prioritet məsələ təşkilatın hüquqi bazasının gücləndirilməsi olacaq. Bu barədə APA-nın sualını cavablandırarkən xarici işlər naziri Elmar Məmmədyarov məlumat verib. Bütün dünyanın bu təşkilata maraq göstərdiyini söyləyən nazir, sammitə geniş tərkibdə müşahidəçilərin gəlişinin gözlənildiyini qeyd edib. Onun sözlərinə görə, həm prezident, həm də xarici işlər nazirləri səviyyəsində bir neçə ölkə sammitdə təmsil olunacaq. Elmar Məmmədyarov GUAM-ın Bakı sammitinin qurumun daha da güclü təşkilata çevriləcəyinə imkan verəcəyini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR