Bank Of Baku

AMİP İranın Azərbaycandakı səfirliyinin binası qarşısındakı aksiyalarını dayandırıb

AMİP İranın Azərbaycandakı səfirliyinin binası qarşısındakı aksiyalarını dayandırıb
# 08 iyun 2007 14:46 (UTC +04:00)
Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin binası qarşısındakı etiraz aksiyalarını dayandırıb. Bu barədə APA-ya məlumat verən partiyanın mətbuat və təbliğat katibi Əli Orucovun sözlərinə görə, son bir il müddətində AMİP səfirlik binası qarşısında 20 aksiya keçirib və bu tədbirlər nəticəsində qarşıya qoyulmuş məqsədə çatıblar. Partiya katibi İranda yaşayan azərbaycanlıların problemlərinin beynəlxalq səviyyəyə qaldırıldığını, bir sıra qərarların qəbul olunduğunu deyib. O bildirib ki, Beynəlxalq Demokratiya İttifaqı və İsveç parlamentində İranla bağlı qəbul olunan qərarlar da AMİP-in apardığı təbliğatın nəticəsidir. Ə. Orucov ehtiyac yaranacağı halda aksiyaları yenidən bərpa edəcəklərini də bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR