Bank Of Baku

Beynəlxalq Böhran Qrupunun Qafqaz layihəsinin direktoru Bakıya gəlir

Beynəlxalq Böhran Qrupunun Qafqaz layihəsinin direktoru Bakıya gəlir
# 08 iyun 2007 14:55 (UTC +04:00)
Beynəlxalq Böhran Qrupunun (BBQ) Qafqaz layihəsinin direktoru Maqdalena Friçeva iyunun 12-13-də Azərbaycanda səfərdə olacaq. Bu barədə APA-ya BBQ-nin Bakıdakı nümayəndəsi Vüqar Qocayev məlumat verib. Layihə rəhbəri ilə birlikdə qurumun Qafqaz üzrə fransalı analitiki Kleer Belessart da Bakıya gələcək. Layihə direktoru təyin olunandan sonra Bakıya ilk dəfə səfər edəcək M. Friçeva Azərbaycan rəsmiləri, diplomatik korpusun nümayəndələri, qeyri-hökumət təşkilatlarının rəhbərləri və Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olan müstəqil ekspertlərlə görüşlər keçirəcək. Səfərdə məqsəd həm tanışlıq, həm də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BBQ-nun hazırlayacağı hesabatla əlaqədar araşdırmalar aparmaqdır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR