Bank Of Baku

İltizam Əkbərli: “Partiya yoldaşlarımın AŞ PA-dakı nümayəndə heyətinin tərkibinə daxil edilməyimə yanaşmaları gözlənilməz oldu”

İltizam Əkbərli: “Partiya yoldaşlarımın AŞ PA-dakı nümayəndə heyətinin tərkibinə daxil edilməyimə yanaşmaları gözlənilməz oldu”
# 08 iyun 2007 15:07 (UTC +04:00)
Milli Məclisdəki “Müsavat” deputat qrupu arasında narazılıq yaranıb. Milli Məclisdəki mənbələrdən APA-ya daxil olan məlumata görə, buna səbəb müsavatçı deputat İltizam Əkbərlinin Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin tərkibinə daxil edilməsinə digər həmkarlarının və partiyasının etiraz etməsi olub. İ. Əkbərli Müsavat Partiyasının onun əvəzinə nümayəndə heyətinin tərkibinə Nəsib Nəsiblinin daxil edilməsi barədə israrını anlamadığını həmkarlarının diqqətinə çatdırıb. O, bu məsələdən sonra partiya ilə əlaqələrini kəsib, Milli Məclisin iclaslarına da qatılmır.
İltizam Əkbərli özü də APA-ya açıqlamasında narazılığı olduğunu təsdiqləyib: “Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyətinə daxil edilməyim nə qədər gözlənilməz idisə, partiya yoldaşlarımın buna yanaşmaları da o qədər gözlənilməz oldu. Çox qəribə proseslər gedir”. Deputat əlavə edib ki, onun belə məsələlərə yanaşması tamamilə fərqlidir. Deputat Milli Məclisin iclaslarına qatılmamasını səhhətindəki problemlərlə əlaqələndirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR