Bank Of Baku

Elmar Məmmədyarov Küveytin xarici işlər naziri ilə görüşüb

Elmar Məmmədyarov Küveytin xarici işlər naziri ilə görüşüb
# 08 iyun 2007 16:25 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Küveytin xarici işlər naziri Məhəmməd Əs-Sabah ilə görüşüb. Xarici İşlər Nazirliyinin Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə,
qonağı səmimi salamlayan nazir E. Məmmədyarov müsəlman ölkələri, o cümlədən Körfəz dövlətləri ilə əlaqələrin gücləndirilməsinin xarici siyasətimizdə mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq, Azərbaycan və Küveyt arasında onların tarixi əlaqələri, coğrafi yaxınlığı, dini mənsubluğundan doğan dostluq münasibətlərindən məmnunluğunu ifadə edib. Beynəlxalq siyasi müstəvidə də iki ölkənin bir-birini dəstəklədiyini qeyd edən nazir, Küveyt hökumətinin Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsində daim Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini bildirib. O, münaqişənin hələ də davam etməsinə baxmayaraq, iqtisadi sahədə inkişafın getdikcə artdığını diqqətə çatdırmış, neft və qeyri-neft sektorunda aparılan siyasət, həyata keçirilən regional layihələr barədə məlumat verib. Küveytin xarici işlər naziri həmkarının öz ölkəsinə səfərini xatırladaraq, siyasi səviyyədə mövcud ikitərəfli əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının beynəlxalq hüquqa zidd olduğunu bildirib və münaqişə ilə bağlı qəbul olunmuş BMT qətnamələrinin yerinə yetirilməsini vacib sayıb. Görüşdə həmçinin iki ölkə arasında aviareyslərin təşkili, ticarətin artırılması, neft sahəsində təcrübələrin mübadiləsi, nazirliklərarası məsləhətləşmələrin davam etdirilməsi kimi məsələlər müzakirə olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR