Bank Of Baku

Dünya Azərbaycanlıları Konqresinin Məclisi ləğv ediləcək

Dünya Azərbaycanlıları Konqresinin Məclisi ləğv ediləcək
# 08 iyun 2007 16:28 (UTC +04:00)
“Dünya Azərbaycanlıları Konqresinin (DAK) iyulun 7-8-də Almaniyanın Köln şəhərində keçiriləcək qurultayında qurumun yeni nizamnaməsi qəbul olunacaq”. DAK sədri Cavad Derəxti APA-ya eksklüziv açıqlamasında bildirib ki, yeni nizamnaməyə görə, təşkilatın məclisi ləğv ediləcək və həmin funksiya İdarə Heyətinə veriləcək. C. Derəxti İdarə Heyətinin eyni vaxtda həm qanunverici, həm də icraedici funksiyasını yerinə yetirəcəyini deyib: “DAK İdarə Heyətinin sədri həm də təşkilata rəhbərlik edəcək. Təşkilatın digər rəhbər şəxsləri də İdarə Heyəti tərəfindən seçiləcək”. C. Derəxti qurultayda əsas müzakirə ediləcək məsələlərin İranda yaşayan azərbaycanlıların haqları, Qarabağ münaqişəsi, diaspora və türk dünyasının inteqrasiyası ilə bağlı olacağını qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR