Bank Of Baku

Prezident İlham Əliyev Sankt-Peterburqa gedib

Prezident İlham Əliyev Sankt-Peterburqa gedib
# 09 iyun 2007 11:05 (UTC +04:00)
APA-nın məlumatına görə, prezidenti səfərdə müşayiət edəcək nümayəndə heyətinə baş nazirin I müavini Yaqub Eyyubov, iqtisadi inkişaf naziri Heydər Babayev, sənaye və energetika naziri Natiq Əliyev, Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin sədri Cahangir Hacıyev daxildir. Sankt-Peterburqda XI Beynəlxalq İqtisadi Foruma da qatılacaq Azərbaycan nümayəndə heyəti Rusiya prezidenti Vladimir Putin tərəfindən “Qlobal enerji” mükafatının təntənəli təqdimetmə mərasimində, onun xarici şirkətlərlə görüşündə, eləcə də innovasiya nailiyyətləri, sənaye dizaynı, regional investisiya layihələri və s. sərgilərdə iştirak edəcəklər. Sabah isə Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Robert Köçəryan arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqların növbəti raundu keçiriləcək. Danışıqlarda iştirak edəcək ATƏT-in Minsk Qrupunun həmsədrləri bu gün Sankt-Peterburqa gələcəklər. /APA/





1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR