Bank Of Baku

Milli Məclisin nümayəndə heyəti Bolqarıstana gedib

Milli Məclisin nümayəndə heyəti Bolqarıstana gedib
# 11 iyun 2007 08:30 (UTC +04:00)
Milli Məclisin nümayəndə heyəti Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi (QİƏPM) Baş Assambleyasının 29-cu plenar sessiyasında iştirak etmək üçün Bolqarıstana Varna şəhərinə yola düşüb. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, üç gün davam edəcək 29-cu plenar sessiyada QİƏPM sədrinin müavini, qurumdakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Asəf Hacıyev “QİƏPM-ə üzv dövlətlər arasında yüksək texnologiyalar sahəsində əməkdaşlıq” mövzusunda məruzə edəcək, həmçinin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ilə Avropa İttifaqı arasında yeni tərəfdaşlığa dair diskussiyalarda Azərbaycanın mövqeyini çatdıracaq. İclasda Avropa İttifaqının genişlənməsi kontekstində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrlə tərəfdaşlıq və əməkdaşlıq, QİƏPM-ə üzv ölkələrdə Boloniya prosesi və ali təhsil sistemində islahatlar, eləcə də balıqçılığın vəziyyəti və perspektivləri barədə məruzələr ətrafında müzakirələr aparılacaq. Sessiyada təşkilati, hüquqi və siyasi, ticarət-iqtisadi, texnoloji və ekoloji, təhsil və mədəniyyət sahələrinə dair bir sıra məsələlərə baxılacaq. Tədbirin yekununda QİƏPM-ə sədrlik Bolqarıstandan Gürcüstana keçəcək. Səfər iyunun 15-də başa çatacaqdır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR