Bank Of Baku

Əfv Komissiyasının üzvləri Qurtuluş Günü münasibəti ilə əfv fərmanının imzalanacağı barədə məlumatı təsdiqləməyib

Əfv Komissiyasının üzvləri Qurtuluş Günü münasibəti ilə əfv fərmanının imzalanacağı barədə məlumatı təsdiqləməyib
# 11 iyun 2007 09:15 (UTC +04:00)
Prezident yanında Əfv Komissiyasının üzvləri 15 İyun - Qurtuluş Günü münasibəti ilə əfv fərmanın imzalanacağı barədə məlumatı təsdiqləmirlər. Komissiyanın üzvü, millət vəkili Azay Quliyev APA-ya açıqlamasında bir ay öncə Azərbaycanda Amnistiya Aktının imzalandığını xatırladaraq, belə fərmanın veriləcəyinin inandırıcı görünmədiyini deyib. Deputat, həmçinin, Əfv Komissiyasının da iclaslarının keçirilmədiyini diqqətə çatdırıb. Əfv Komissiyasının digər üzvü, xalq şairi Vaqif Səmədoğlu da Amnistiya Aktının imzalanmasından çox az vaxt keçdiyini deyərək, bu tezlikdə əfv olmayacağını bildirib. Əfv Komissiyasının daha bir üzvü, xalq şairi Zəlimxan Yaqub isə dövlət başının tez-tez əfv fərmanları imzalamasını humanist addım kimi qiymətləndirib. Lakin, Z. Yaqub sonuncu əfv fərmanından cəmi bir neçə ay keçdiyini, mayın 10-da isə Amnistiya Aktının imzalandığını diqqətə çatdıraraq 15 İyun-Qurtuluş Günü ilə bağlı əfv olacağını proqnozlaşdırmağın düzgün olmadığını deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR