Bank Of Baku

Rəsmi Tehran: “Rusiyanın Qəbələ radiolokasiya stansiyasını ABŞ-la birgə istifadə etmək istəyi ilə bağlı vəziyyəti həssaslıqla araşdırırıq”

Rəsmi Tehran: “Rusiyanın Qəbələ radiolokasiya stansiyasını ABŞ-la birgə istifadə etmək istəyi ilə bağlı vəziyyəti həssaslıqla araşdırırıq”
# 11 iyun 2007 09:23 (UTC +04:00)
APA-nın İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinə əsasən yaydığı məlumata görə, bu açıqlamanı jurnalistlərə İran Xarici İşlər Nazirliyinin sözçüsü Seyid Məhəmmədəli Hüseyni verib. Tehranda keçirilən mətbuat konfransı zamanı XİN sözçüsü bildirib ki, amerikalıların Avropada raket buferi yaratmaqda məqsədi Avropa və regionda hegemonluq və nüfuz dairələrini genişləndirməkdən ibarətdir: “Əlbəttə ki, bəzi politoloqlar belə hesab edirlər ki, bu plan əsasən Çin və Rusiya raketlərini zərərsizləşdirmək məqsədi daşıyır. Rusiya yeni radar sisteminin quraşdırılması və yaxud raket hücumundan müdafiə işini təşkil etmək üçün Azərbaycan, İraq və Türkiyə variantını təklif edib. Biz bu açıqlamalı araşdırır və özləri araşdırır və ruslarla müzakirələrimiz çərçivəsində izləyirik”. O, son açıqlamaların İran-Rusiya münasibətlərin mənfi təsir edib-etməməsi ilə bağlı sualı belə cavablandırıb: “İran və Rusiya, regional və beynəlxalq səviyyədə çoxlu sahələrdə birgə əməkdaşlığa malikdir və əlaqələrin səviyyəsi qarşıya çıxan qeyri-müəyyənliklərin müzakirələr prosesində aradan qaldırılmasına imkan verir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR