Bank Of Baku

Azay Quliyev : “Milli QHT Forumunun fəaliyyəti iflic olub”

Azay Quliyev : “Milli QHT Forumunun fəaliyyəti iflic olub”
# 11 iyun 2007 09:41 (UTC +04:00)
“Azərbaycan Milli QHT Forumunun fəaliyyəti iflic olub. Qurumun yerləşdiyi ərazinin bir hissəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilib. Azərbaycanın dövlət maraqlarına xidmət edən bir quruma belə ögey münasibət anlaşılan deyil”. Bu sözləri APA-ya açıqlamasında Milli QHT Forumunun prezidenti, millət vəkili Azay Quliyev bildirib. Bu gün Milli QHT Forumunun yaranmasından səkkiz il ötdüyünü deyən A. Quliyev belə bir gündə qurumun qərargahsız fəaliyyət göstərməsini qeyri-normal vəziyyət kimi qiymətləndirib. A. Quliyev Milli QHT Forumunun 450 üzvünün olduğunu, ümumilikdə isə 1400 təşkilatı özündə birləşdirdiyini deyib. Deputat həmçinin bu günə qədər 100-dən çox təşkilatın Milli QHT Forumundan çıxarıldığını bildirib. A. Quliyev Milli QHT Forumunun yarandığı səkkiz il ərzində Azərbaycanda vətəndaş cəmiyyətinin qurulmasında və inkişaf etdirilməsində mühüm rol oynadığını diqqətə çatdırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR