Bank Of Baku

Azərbaycan-Türkmənistan hökumətlərarası komissiyasının tərkibi formalaşdırılır

Azərbaycan-Türkmənistan hökumətlərarası komissiyasının tərkibi formalaşdırılır
# 11 iyun 2007 09:42 (UTC +04:00)
Azərbaycan-Türkmənistan hökumətlərarası komissiyasının yaradılması təklifi artıq reallaşıb, hazırda komissiyanın tərkibinin formalaşdırılması prosesi gedir. Bu barədə APA-ya Azərbaycanın Türkmənistandakı səfirliyindən məlumat verilib. Məlumata görə, hər iki tərəf hökumətlərarası komissiyada hansı nazirliklərin nümayəndələrinin təmsil olması məsələsini dəqiqləşdirməklə məşğuldur. Komissiyanın fəaliyyətində prioritet istiqamətlər ticarət-iqtisadi və mədəniyyət sahəsində münasibətlərin inkişafı olacaq. Qeyd edək ki, Azərbaycan və Türkmənistan prezidentlərinin Sankt-Peterburqda keçirilən görüşündə hökumətlərarası komissiyanın yaradılması məsələsi də müzakirə olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR