Bank Of Baku

Hava Qüvvələri Batalyonun keçmiş komandiri, polkovnik Faiq Rəhimov Hollandiyada dünyasını dəyişib

Hava Qüvvələri Batalyonun keçmiş komandiri, polkovnik Faiq Rəhimov Hollandiyada dünyasını dəyişib
# 11 iyun 2007 09:55 (UTC +04:00)
Qarabağ müharibəsi veteranı, təyyarəçi, Qalada yerləsən Hava Qüvvələri Batalyonun keçmiş komandiri, polkovnik Faiq Rəhimov uzun sürən xəstəlikdən sonra, iyunun 8-də Hollandiyanın Tilburq səhəri yaxınlığında yerləşən xəstəxanada dünyasını dəyişib. Bu barədə APA-ya Hollandiyada yaşayan soydaşımız Elman Mustafazadə bildirib. E. Mustafazadə deyib ki, Faiq Rəhimovun 8 ildən artıq Hollandiyada yaşadığı müddətdə Azərbaycan diasporunun formalaşmasında xüsusi xidmətləri olub: “O, ermənilərə güzəştə getmədiyinə, Qarabağın azadlığı yolunda tutduğu radikal mövqeyinə görə, dəfələrlə incidilib, ona yaşamaq hüququ belə, verilməyib. Hollandiyada bütün soydaşlarımızın dərin məhəbbətini qazanan polkovnik Faiq Rəhimov Benilüks Azərbaycanlıları Konqresinin Təftiş Komissiyasının sədri kimi həmişə qürbətdə Azərbaycan icmasının ön cərgələrində olub”.
F. Rəhimov bu gün Hollandiyadakı müsəlman məzarlığında dəfn olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR