Bank Of Baku

Azərbaycan Yolu Siyasi Hərəkatı iyunun 23-də yürüş-mitinq keçirəcək

Azərbaycan Yolu Siyasi Hərəkatı iyunun 23-də yürüş-mitinq keçirəcək
# 11 iyun 2007 10:23 (UTC +04:00)
Azərbaycan Yolu Siyasi Hərəkatı (AYSH) Tarif Şurasının 6 yanvar 2007-ci il tarixli qərarına yenidən baxılması tələbi ilə növbəti yürüş-mitinqini iyunun 23-də keçirəcək. Təşkilatdan APA-ya daxil olan məlumata görə, yürüş-mitinqin keçirilməsi ilə bağlı təşkilat komitəsi yaradılıb və iyunun 5-də Bakı Şəhər İcra Hakimiyyətinə məktubla müraciət edilib. Aksiyanın “Həzi Aslanov” adına metro stansiyasının qarşısından “Ukrayna” meydanına kimi keçirilməsi qərara alınıb. Yürüş-mitinqə 21-dən 24-nə kimi Bakıda keçiriləcək GUAM-a üzv ölkələrin müxalif siyasi partiya və hərəkatların Koordinasiya Şurasının toplantısında iştirak edəcək Ukrayna Sosialist Tərəqqi Partiyası, Gürcüstanın Ədalət Partiyası və Moldovanın Partiyalar İttifaqının (Partiya-Vətən Bərabərlik) rəhbərliyinin də qatılacağı gözlənilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR