Bank Of Baku

YAP Siyasi Biliklər Olimpiadasının qaliblərini mükafatlandırıb

YAP Siyasi Biliklər Olimpiadasının qaliblərini mükafatlandırıb
# 11 iyun 2007 10:44 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin 15 iyun Milli Qurtuluş Günü münasibəti ilə təşkil etdiyi Siyasi Biliklər Olimpiadasının qaliblərinin bu gün mükafatlandırılması mərasimi keçirilib. APA-nın məlumatına görə, YAP-ın qərargahında keçirilən tədbirdə partiya sədrinin müavini, icra katibi Əli Əhmədov ölkədə gənclərə göstərilən qayğı ilə bağlı çıxış edib. O, keçirilən olimpiadanın Milli Qurtuluş Gününün təbliğ olunması baxımından əhəmiyyətli olduğunu deyib. Ə. Əhmədovun sözlərinə görə, Heydər Əliyevin Gənclər siyasəti YAP-ın və dövlətin ardıcıl olaraq həyata keçirdiyi xəttlərdn biridir.
Olimpiada barədə məlumat verən YAP GB-nin sədri Ramin Məmmədli bildirib ki, yarışma Bakının 11 rayonu, Abşeron və Sumqayıt gəncləri arasında olub. İlkin mərhələdə 390 nəfər bu olimpiadaya qatılıb. İkinci tura isə 34 nəfər keçə bilib. İkinci turun inşa-yazı müsabiqəsində YAP Nərimanov RT-nın üzvü Sevinc Məmmədova birinci, Yasamal RT-nın üzvü Ramiz Alıyev ikinci, Nizami RT-nın üzvü Aygün Allahverdiyeva üçüncü yeri, Əzizbəyov RT-nın üzvü Taleh Məmmədov və Sabunçu RT-nın üzvü Asif Hüseynov isə həvəsləndirici mükafatlara layiq görülüblər. YAP rəhbərliyüi tərəfindən qaliblərə mükafatlar təqdim olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR