Bank Of Baku

“Heydər Əliyev və müstəqil Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa keçirilib

“Heydər Əliyev və müstəqil Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa keçirilib
# 11 iyun 2007 11:04 (UTC +04:00)
“Müasir Gənclik və Sosial İnkişaf” İctimai Birliyi 15 iyun Milli Qurtuluş gününə həsr edilən “Heydər Əliyev və müstəqil Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa keçirib. APA-nın məlumatına görə, ictimai birliyin sədri Etibar Əsədov H. Əliyevin hakimiyyətə gəldiyi zaman Azərbaycandakı ictimai-siyasi və iqtisadi vəziyyət barədə məlumat verib. Onun sözlərinə görə, H. Əliyevin Azərbaycan rəhbərliyinə qayıtması ilk növbədə ölkəni vətəndaş müharibəsi təhlükəsindən xilas edib və inkişaf etməkdə olan dövlətə çevirib. Azərbaycan Yazıçılar Birliyi Gənclər Komitəsinin sədri Aydınxan Əbilov isə bildirib ki, Azərbaycanın qlobal problemlərinin böyük bir hissəsi H. Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə həll edilib. Gənclər və İdman Nazirliyinin nümayəndəsi Qurban Kərimbəyli Azərbaycan gəncliyinin H. Əliyev ideyalarını yaşatdığını deyib. Dəyirmi masa çıxış edən digər tədbir iştirakçıları da H. Əliyevin müasir Azərbaycan dövlətinin banisi olduğunu vurğulayıblar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR