Bank Of Baku

YAP Qurtuluş Günü ilə əlaqədar tədbirlər planı hazırlayıb

YAP Qurtuluş Günü ilə əlaqədar tədbirlər planı hazırlayıb
# 11 iyun 2007 11:26 (UTC +04:00)
YAP Qurtuluş Günü ilə əlaqədar tədbirlər planı hazırlayıb. APA-nın məlumatına görə, partiya sədrinin müavini, icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında bildirib ki, bu tədbirlərin keçirilməsində əsas məqsədlərdən biri layiqli gənc nəsil formalaşdırmaqdır. Onun sözlərinə görə, türkiyəli araşdırmaçı Hüseyn Adıgüzelin müəllifi olduğu, Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş “Zirve” kitabının təqdimat mərasimi keçiriləcək. Bundan əlavə, YAP-ın bütün yerli təşkilatlarının fəallarının iştirakı ilə “Heydər Əliyev dərsləri” adlı seminarlar təşkil olunacaq. Bu seminarlarda H. Əliyevin həyat və fəaliyyəti, siyasi baxışları təbliğ olunacaq. YAP-ın rayon-şəhər təşkilatlarında da tədbirlər keçiriləcək, YAP Gənclər Birliyi Bakıdan Gəncəyə kimi avtomobillə yürüş keçirəcək. Həmçinin Yevlax şəhərində YAP-ın iki rayon təşkilatının futbol klubu arasında dostluq görüşü keçiriləcək. İyunun 13-də isə YAP rəhbərliyi, partiyadan olan millət vəkilləri və hökumət üzvləri H. Əliyevin məzarını ziyarət edəcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR