Bank Of Baku

YAP Azərbaycanda mətbuatın durumu ilə bağlı konfrans keçirəcək

YAP Azərbaycanda mətbuatın durumu ilə bağlı konfrans keçirəcək
# 11 iyun 2007 11:41 (UTC +04:00)
Azərbaycan mətbuatının ağır durumda olduğunu deyən Ə. Əhmədov bunun səbəbəni mətbuatın özündə gördüyünü qeyd edib. Konfransda mətbuatın hazırkı durumu müzakirə ediləcək. Ə. Əhmədov siyasi yönümündən asılı olmayaraq, bütün mətbu orqanlarının rəhbərlərinin bu konqfransa dəvət ediləcəyini deyib. Sədr müavini söz və mətbuat azadlığı üçün dövlət tərəfindən bütün şəraitin yaradıldığını bildirib: “Amma bir sıra mətbuat orqanları söz və mətbuat azadlığı anlayışını təhrif edir. Bəziləri özlərini azad mətbuat elan etsələr də, əslində ayrı-ayrı partiyaların həyata keçirmək istədiyi məqsədə xidmət edirlər. Ona görə bəzi qəzetlər siyasi təşkilatlar kimi fəaliyyət göstərir”. Azərbaycan qanunvericiliyində böhtanla bağlı maddənin mövcud olduğunu deyən sədr müavini bildirib ki, nə qədər bu maddə var, o tətbiq oluna bilər: “Bir sıra jurnalistlər istədiyi adamı təhqir etməyi mətbuat azadlığının onlara verdiyi hüquq kimi təqdim etməyə çalışır. Hər bir insan öz şəxsiyyəti qorumaq istəyir və bunun üçün məhkəməyə müraciət edir. Bunun alternativi zorakılıqdır. Mən də düşünürəm ki, təhqirə qarşı ən yaxşı vasitə məhkəmə çəkişməsidir və bu sivil formadır. Amma bir sıra mətbuat orqanları təhqir maddəsinin çıxarılmasını təklif edirlərsə, deməli, onlar digər variantı seçməyi üstün tuturlar”. Jurnalistlərin xarici ölkələrdən sığınacaqla bağlı müraciətlərinə gəldikdə, Ə. Əhmədovun fikrincə, kimsə başqa ölkəldə yaşamağı daha üstün tutursa, bunun üçün Azərbaycan hökumətinə böhtan atmaq tələb olunmur: “Kimsə yaxşı yaşayış dalınca hansısa ölkəyə köçmək istəyirsə, bunun üçün daha normal yol tutmaq lazımdır. Mənim fikrimcə, sığınacaq arzusunun arxasında xoşagəlməz istək dayanır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR