Bank Of Baku

Frederik Starr: “Putinin təklifi Azərbaycana qarşı hörmətsizlikdir”

Frederik Starr: “Putinin təklifi Azərbaycana qarşı hörmətsizlikdir”
# 11 iyun 2007 11:45 (UTC +04:00)
Bu eksklüziv açıqlamanı APA-nın ABŞ bürosuna Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunun direktoru Frederik Starr verib. O, Qəbələ radiolokasiya stansiyası ilə bağlı açıqlanan təklifin müəyyən düşüncə tərzini xarakterizə etdiyini deyib: “Yəni, Putinin təklifində məqsəd problemin həllinə nail olmaq yox, müəyyən xallar toplamaqdır. Bu düşüncə tərzinə görə biz ölüm-dirim mübarizəsi aparırıq və qalib hər şeyin sahibi olur, uduzan isə hər şeyi itirir. Putinin təklifi Azərbaycana hörmət göstərməkdən uzaq olmaqla yanaşı, Qəbələ radiolokasiya stansiyasının 2012-ci ildən sonrakı həyatını davam etdirmək üçün həyata keçirilən qambitdir. Hər bir tərəfsiz müşahidəçi deyə bilər ki, yenə özünə güvənən yekə qardaş öz sözünü deməyi bacaran suveren dövlətin yerinə bəyanat verir. Bu addım həmçinin Azərbaycan kimi suveren dövlətə təzyiqin artmaqda olduğunu göstərir. Bəlkə Qəbələ radiolokasiya stansiyası Çeçenistana köçürülsün və Putin yenidən bu təkliflə çıxış etsin?” /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR