Bank Of Baku

Azərbaycanda V Qara Dəniz Gənclər Konqresi keçiriləcək

Azərbaycanda V Qara Dəniz Gənclər Konqresi keçiriləcək
# 11 iyun 2007 11:52 (UTC +04:00)
30 iyun - 3 iyul tarixləri arasında Azərbaycanda V Qara Dəniz Gənclər Konqresi keçiriləcək. Tədbirin təşkilatçıları Azərbaycan Gənclər və İdman Nazirliyi ilə beynəlxalq tələbə təşkilatı AIESEC-in Azərbaycan nümayəndəliyidir. AIESEC-dən APA-ya verilən məlumata görə, tədbirdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv 12, təşkilatda müşahidəçi statusu olan 13 ölkədən aktiv və istedadlı gənclər iştirak edəcəklər. Konqresdə əsas müzakirə mövzusu regionun qabaqcıl biznes strukturlarının qarşılıqlı fəaliyyət imkanları olacaq. Tədbirdə həmçinin, tələbə və gənclərə yeni liderlik bacarıqları ilə bağlı təlimlər keçiriləcək, onlara müvəffəqiyyət qazanmış korporativ qurumların rəhbərlərinin, dövlət adamlarının təcrübələri barədə məlumat veriləcək. Konqres çərçivəsində Azərbaycan mədəniyyəti günü keçiriləcək. Tədbir zamanı əcnəbi iştirakçılar Azərbaycan musiqisi, rəqsləri və milli mətbəxi ilə tanış ola biləcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR