Bank Of Baku

İsrailin “Yediot Ahronot” qəzeti: “Putin ABŞ-a Qəbələ RLS-dən birgə istifadəni təklif etməklə dahiyanə gediş edib”

İsrailin “Yediot Ahronot” qəzeti: “Putin ABŞ-a Qəbələ RLS-dən birgə istifadəni təklif etməklə dahiyanə gediş edib”
# 11 iyun 2007 12:01 (UTC +04:00)
Rusiya prezidenti Vladimir Putinin “böyük səkkizlər”in sammiti zamanı ABŞ prezidenti Corc Buşa Qəbələ Radiolokasiya Stansiyasından (RLS) birgə istifadəsini təklif etməsi İsrail mətbuatında da əks-səda doğurub. APA-nın İsrail bürosunun xəbərinə görə, bu ölkədə nəşr olunan “Yediot Ahronot” qəzeti V. Putinin dahiyanə “piar” gedişi etdiyini yazıb. Qəzetin qənaətincə, sammitə növbəti “soyuq müharibə”yə rəvac verən əsas mənfi qəhrəman kimi gələn Rusiya prezidenti bu addımı ilə situasiyanı 180 dərəcə dəyişib: “ABŞ raket hücumundan müdafiə sistemlərini Azərbaycanda yerləşdirməyə razılıq verməsə, təcavüzkar rolunda Vaşinqton çıxış etməli olacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR