Bank Of Baku

“Təbli𔝠İslam Xeyriyyə Vəqfi prezident İlham Əliyevin işğal altında olan torpaqlarımızın azad olunması yolunda atdığı addımları məqbul sayır

“Təbli𔝠İslam Xeyriyyə Vəqfi prezident İlham Əliyevin işğal altında olan torpaqlarımızın azad olunması yolunda atdığı addımları məqbul sayır
# 11 iyun 2007 12:17 (UTC +04:00)
“Təbli𔝠İslam Xeyriyyə Vəqfi Azərbaycan prezidenti İlham Əliyevin indiki situasiyada işğal altında olan torpaqlarımızın azad olunması yolunda atdığı addımların qəbul edilən olduğunu bəyan edib. Vəqfin rəhbəri Seyid Camal Əzimbəyli APA-ya açıqlamasında bildirib ki, qurumun İdarə Heyətinin Azərbaycanın 16 müqəddəs seyid ocaqlarının təmsilçiləri ilə birgə dünən keçirilən toplantısında Azərbaycan və Ermənistan prezidentləri arasında Qarabağ problemi ilə bağlı aparılan danışıqlar mövzusu müzakirə edilib: “İdarə Heyətində qəbul edilən bəyannamədə qeyd olundu ki, ölkə başçısının Qarabağ problemi ilə bağlı apardığı siyasət düzgündür. Bu siyasət qarabağlıların da mənafeyinə uyğundur. Dövlət müstəqilliyimizin qorunmasına hesablanmış addımları prinsipcə müdafiə etməyi qarşımıza məqsəd qoymuşuq. Biz hesab edirik ki, Qarabağla bağlı bütün məsələlərdə iqtidar-müxalifət yanaşması olmamalıdır”. Seyid Camal Əzimbəyli deyib ki, rəhbəri olduğu qurum və müqəddəs seyid ocaqları Qarabağ problemi ilə bağlı bütün məqamlarda xalqın önündə olmağa hazırdır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR