Bank Of Baku

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin toplantısı keçirilib

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin toplantısı keçirilib
# 11 iyun 2007 12:52 (UTC +04:00)
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin toplantısı keçirilib. BAXCP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, partiyanın İdarə Heyəti Azərbaycan hökumətini peşəkar ordu quruculuğu istiqamətində daha ciddi addımlar atmağa, regionda baş verən proseslərlə bağlı beynəlxalq münasibətlərin dəyişdirilməsi istiqamətində fəal siyasət yürütməyə çağırıb. Toplantıda, həmçinin, Azərbaycan və Ermənistan prezidentləri arasında Sankt-Peterburqda keçirilən görüşlə bağlı fikir mübadiləsi aparılıb.
BAXCP İdarə Heyəti nəticəsiz sülh danışıqlarında itirilən zaman ölkənin ziyanına işlədiyini qeyd edib. İdarə Heyətinin toplantısında partiyadaxili bir sıra məsələlər də müzakirə olunaraq, partiyanın növbəti zona müşavirəsinin iyunun 16-da Göyçayda keçirilməsi qərara alınıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR