Bank Of Baku

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində regional təhlükəsizlik məsələsi müzakirə ediləcək

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində regional təhlükəsizlik məsələsi müzakirə ediləcək
# 11 iyun 2007 13:06 (UTC +04:00)
İyunun 25-də Türkiyədə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti keçiriləcək. APA-nın xəbərinə görə, zirvə toplantısında Azərbaycan prezidenti İlham Əliyev də iştirak edəcək. Toplantıdan əvvəl isə Azərbaycanın da iştirakı ilə xarici işlər nazirlərinin yığıncağı keçiriləcək. Sammitin gündəliyində regional təhlükəsizlik, mövcud və yeni birgə layihələrdə hərtərəfli əməkdaşlıq, terrorçuluqla mübarizə, humanitar məsələlər müzakirə olunacaq. Toplantının yekunları əsasında birgə Deklarasiya qəbul ediləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR