Bank Of Baku

Demokratiya Uğrunda İttifaqa daxil olmaq üçün 4 partiya müraciət edib

Demokratiya Uğrunda İttifaqa daxil olmaq üçün 4 partiya müraciət edib
# 11 iyun 2007 13:56 (UTC +04:00)
4 partiya Demokratiya Uğrunda İttifaqa (DUİ) daxil olmaq üçün quruma müraciət edib. Azadlıq Partiyasının sədri Əhməd Oruc APA-ya bildirib ki, partiyaların müraciəti müzakirə olunur və yaxın vaxtlarda Sədrlər Şurası bununla bağlı öz qərarını açıqlayacaq. Partiyaların iki həftə öncə müraciət etdiklərini də diqqətə çatdıran Ə. Oruc DUİ-nin fəaliyyətinin genişləndirilməsi istiqamətində işlərin davam etdirildiyini söyləyib: “Bununla bağlı müxalifət düşərgəsində intensiv danışıqlarımızı davam etdirəcəyik. Lakin bu, müxalifət düşərgəsində olan hər hansı birliyin əleyhinə yönəlməyib. Məqsəd müxalifət düşərgəsində olan və milli maraqlara xidmət edən partiyaların birliyini yaratmaqdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR