Bank Of Baku

Novruz Aslanovun BQXK-nin Azərbaycandakı nümayəndəsi ilə görüşündə Samir Məmmədovla bağlı məsələ müzakirə olunacaq

Novruz Aslanovun BQXK-nin Azərbaycandakı nümayəndəsi ilə görüşündə Samir Məmmədovla bağlı məsələ müzakirə olunacaq
# 11 iyun 2007 15:00 (UTC +04:00)
Azərbaycan ordusunun Ermənistanda əsirlikdə saxlanılan əsgəri Samir Məmmədovla bağlı məsələ Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədri Novruz Aslanovun Beynəlxalq Qırımızı Xaç Komitəsinin Azərbaycan üzrə nümayəndəsi Martin Amaşerlə görüşündə müzakirə olunacaq. Bu barədə APA-ya Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədri Novruz Aslanov məlumat verib. O bildirib ki, M. Amaşerlə sabah keçiriləcək görüşündə S. Məmmədovun vətənə qaytarılması istiqamətində görülən işlərlə maraqlanacaq: “Bu sahədə görülən işlər məxfi saxlanılır. Amma mən hazırkı vəziyyət barəsində məlumat almağa çalışacağam”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR