Bank Of Baku

ADP Qarabağ problemi ilə bağlı konsepsiya hazırlayacaq

ADP Qarabağ problemi ilə bağlı konsepsiya hazırlayacaq
# 11 iyun 2007 15:02 (UTC +04:00)
Bu gün Azərbaycan Demokrat Partiyasının (ADP) İdarə Heyətinin iclası keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclasda ölkədəki ictimai-siyasi vəziyyət və təşkilati məsələ müzakirə olunub. Son vaxtlar mətbuatla bağlı yaranmış problemlər müzakirə edilib və jurnalistlərin iyunun 12-nə planlaşdırılan aksiyanın yerinin dəyişdirilməsi pislənilib. İclasda Dağlıq Qarabağ problemi ətrafında son danışıqlar da müzakirə predmeti olub və İdarə Heyətinin üzvləri ATƏT sədrinin Qarabağ münaqişəsi ilə bağlı iqtidar-müxalifət dialoqunun zəruriliyi ilə bağlı bəyanatını müsbət qiymətləndiriblər. Müzakirələrdə qərara alınıb ki, bu problemin həlli istiqamətində hər iki tərəfin maraqlarının uzlaşdırılmasını özündə ehtiva edən yeni konsepsiya hazırlansın və müzakirəsi üçün iqtidara təqdim edilsin. İclasda Qəbələ RLS ilə bağlı vəziyyət, son vaxtlar Rusiyada və İranda azərbaycanlılara qarşı diskriminasiya siyasəti də müzakirə edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR