Bank Of Baku

Gürcüstanın Əmək Partiyası Azərbaycandakı ingiloyların sıxışdırıldığını bildirərək Avropa Şurasına müraciət edib

Gürcüstanın Əmək Partiyası Azərbaycandakı ingiloyların sıxışdırıldığını bildirərək Avropa Şurasına müraciət edib
# 11 iyun 2007 15:47 (UTC +04:00)
Gürcüstanın “Rustavi 2” telekanalında bu ölkənin təhsil naziri Aleksandr Lomayanın iyunun 9-da Azərbaycanın Balakən, Zaqatala və Qax rayonlarına səfəri zamanı insident baş verdiyi barədə xəbər yayılıb. APA-nın məlumatına görə, telekanal xəbərində Gürcüstan Əmək Partiyasının açıqlamasına istinad edib. Azərbaycanın Qax-Balakən-Zaqatala zonasını Sainqilo adlandıran partiyanın açıqlamasında bildirilir ki, guya Gürcüstanın təhsil nazirinin məktəblilərlə görüşməsinə icazə verilməyib və nazirin hədiyyə etdiyi kitablar onların əlindən alınıb. Əmək Partiyası bununla bağlı Avropa Şurasına müraciət edərək Azərbaycanda yaşayan gürcülərin (ingiloyların) vəziyyətinin öyrənilməsi üçün xüsusi komissiya yaradılmasını istəyib. Gürcü nazirin səfərində iştirak etmiş Azərbaycan Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazov isə xəbəri təkzib edib. Onun sözlərinə görə, səfər yüksək səviyyədə, dostluq və qardaşlıq şəraitində keçib və A. Lomaya Gürcüstana verilən elektrik enerjisi və təbii qaza görə Azərbaycan rəhbərliyinə dəfələrlə minnətdarlığını bildirib. Qonaqlar Balakənin İpitala, Zaqatalanın Əliabad və Qaxın rayon mərkəzində yerləşən məktəblərdə olub, özləri ilə gətirdikləri dərslik, dərs ləvazimatı və kompüterləri məktəblərə hədiyyə ediblər. Yalnız Əliabad kəndindəki görüşdə uşaqların iştirak etmədiyini söyləyən F. Şahbazov deyib ki, həmin kənddə nazirlə görüşə 4 məktəbin müəllim heyəti və valideynlər qatılıb. O, uşaqların olmamasını mayın 30-da məktəbin bağlanması və görüşdə valideynlərin iştirakı ilə izah edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR