Bank Of Baku

Elmar Məmmədyarov İsrail xarici işlər nazirinin müavinini qəbul edib

Elmar Məmmədyarov İsrail xarici işlər nazirinin müavinini qəbul edib
# 11 iyun 2007 16:16 (UTC +04:00)
Bu gün xarici işlər naziri Elmar Məmmədyarov İsrail xarici işlər nazirinin müavini Yossi Qalı qəbul edib. XİN-in Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, Y. Qal Azərbaycanla İsrail arasında əməkdaşlığın səviyyəsindən razılığını ifadə edərək, ikitərəfli əsasda bir sıra qarşılıqlı səfərlərin dostluq əlaqələrinin daha da möhkəmlənməsinə töhfə verdiyini bildirib. O, iki ölkə arasında siyasi dialoqla yanaşı, iqtisadi əlaqələrin də inkişaf etdirilməsinin, ticarət dövriyyəsinin artırılmasının zəruriliyini vurğulayıb. E. Məmmədyarov da öz növbəsində siyasi, iqtisadi, mədəni sahələrdə əldə olunmuş nailiyyətlərdən məmnun olduğunu deyib. Daha sonra görüşdə beynəlxalq və regional əhəmiyyətli məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR