Bank Of Baku

Azərbaycan və Türkmənistan Transxəzər qaz kəməri ilə bağlı müzakirələr aparacaq

Azərbaycan və Türkmənistan Transxəzər qaz kəməri ilə bağlı müzakirələr aparacaq
# 12 iyun 2007 08:13 (UTC +04:00)
Türkmənistanın Azərbaycandakı səfirliyinin fəaliyyətinin bərpa olunması barədə Bakı və Aşqabad arasında razılıq əldə olunub. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə xarici işlər naziri Elmar Məmmədyarov verib. O, qarşı tərəfin Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığı genişləndirməyə maraq göstərdiyini deyib: “Azərbaycan və Türkmənistan prezidentlərinin Sankt-Peterburq görüşündə iqtisadi əməkdaşlıq dair hökumətlərarası komissiyanın yaradılması ilə bağlı da razılaşma əldə olundu. Prezidentlər müxtəlif sahələrdə, o cümlədən energetika sahəsində əməkdaşlığa dair məsələləri müzakirə ediblər. Enerji sahəsində əməkdaşlıq çərçivəsində Transxəzər qaz kəməri layihəsinə də toxunulub. Bu məsələ hökumətlərarası komissiyanın iclasında da müzakirə olunacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR