Bank Of Baku

İsveçrədə çıxan “Shalom” jurnalında Azərbaycan haqqında məqalə dərc olunub

İsveçrədə çıxan “Shalom” jurnalında Azərbaycan haqqında məqalə dərc olunub
# 12 iyun 2007 08:15 (UTC +04:00)
İsveçrədə ivrit, alman, ingilis, fransız və ispan dillərində çıxan “Shalom” jurnalında Azərbaycan haqqında yazı dərc olunub. APA-nın İsrail bürosunun xəbərinə görə, jurnalın baş redaktorunun qələmə aldığı yazıda bildirilir ki, müsəlman-şiə ölkəsi, eyni zamanda parlament demokratiyasının mövcud olduğu Azərbaycana səfər etmək maraq və xoş təəssürat oyatmaya bilməz. Dünyadakı yəhudi diasporasının dəyərlərini və icma adətlərini müdafiə edən baş redaktor Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov səviyyəsində qəbul olunmaqdan məmnun qalıb. O. Əsədov Azərbaycandakı yəhudi icmasının vəziyyəti barədə ətraflı danışıb və İsraillə iqtisadi-ticarət əlaqələrinin inkişafının siyasi münasibətlərə də təkan verəcəyini bildirib. Onun sözlərinə görə, prezident İlham Əliyev və parlamentin deputatları yəhudi icmasının sərbəst ibadət hüququna və İsraillə həmrəyliyinə ciddi önəm verir. Antisemitizm probleminə və yəhudi icmasının Azərbaycandakı digər dini konfessiyalarla münasibətlərinə toxunan “Shalom” jurnalı qeyd edib ki, Azərbaycandakı yəhudilər üçün antisemitizm təhlükəsi heç vaxt ciddi xarakter daşımayıb. Belə ki, başqa postsovet respublikalarından fərqli olaraq, Azərbaycanda heç vaxt fəal antisemitizm olmayıb. Buna baxmayaraq, dağ yəhudiləri icmasının rəhbəri Semyon İxiilov baş verənləri diqqətlə izlədiklərini deyib. O, Azərbaycan prezidenti ilə isti münasibətlərə malik olduqlarını, bundan sevinc duyduqlarını vurğulayıb. Digər konfessiyalarla münasibətlərə gəlincə, bu münasibətlər qarşılıqlı hörmət və tolerantlığa əsaslanır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR