Bank Of Baku

Zaqatalada Qurtuluş günü qeyd olunur

Zaqatalada Qurtuluş günü qeyd olunur
# 12 iyun 2007 09:09 (UTC +04:00)
Bu gün Zaqatalada Qurtuluş günü qeyd olunur. Zaqatala Rayon İcra Hakimiyyətindən (RİH) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, 15 İyun - Qurtuluş gününə həsr olunmuş tədbir öncə RİH aparatının, Milli Məclisin deputatı Hikmət Atayevin müvafiq idarə, təşkilat və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə H.Əliyev adına Mədəniyyət və İstirahət Parkında ucaldılan H.Əliyevin abidəsi önünə əklil və gül-çiçək qoymaqla başlayıb. Əklil qoyma mərasimi başa çatdıqdan sonra Qurtuluş gününə həsr olunmuş rayon konfransı keçirilib. Dövlət himninin səslənməsi ilə başlayan konfransda H.Əliyevin yaradıcılığından bəhs edən filim nümayiş etdirilib. Daha sonra Zaqatala RİH Asif Əsgərov “Tarixi taleyimizin qayıdış səhifəsi” mövzusunda məruzə ilə çıxış edib. Qurtuluş gününə həsr olunmuş tədbir axşam saatlarından başlayaraq Bakı şəhərindən gəlmiş müğənnilərin iştirakı ilə bayram konserti ilə davam edəcək və konsert proqramı atəşfəşanlıqla sona yetəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR